Arıqlamaq istəyən əkizlər ölümlə üzləşdilər - Fotolar

Arıqlamaq istəyən əkizlər ölümlə üzləşdilər - Fotolar
3826 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyada yaşayan Maşa və Daşa Ledeneva adlı əkizlər model agentliklərindən birinin "Dərhal arıqlamalısınız" sözlərindən sonra xəstəlik tutublar.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı bacılar arıqladıqca özlərini pis hiss etməyə başlayıblar. Sonuncu dəfə podiumda Daşa yıxıldıqdan sonra onları dərhal xəstəxanaya aparıblar və qızlara həkimlər anoreksiya xəstəliyi (iştah pozğunluğu) diaqnozu qoyublar.

Əvvəllər 50 kiloqram olan qızlar arıqlamağa başlayarkən 38 kiloqram çəkiyə düşüblər. Həkimlər bir az davam edərdilərsə, əkizlərin ürəklərində təhlükənin yaranacağını və ölə biləcəyini söyləyiblər.