Röya ilə Nigar barışıb

Röya ilə Nigar barışıb
1688 dəfə oxunub
  • A-
  • A
  • A+

“Altın kelebek” mükafatlandırma mərasimi zamanı aralarında qalmaqal yaşanan əməkdar artist Röya Ayxan və müğənni Nigar Camal məclislərin birində bir araya gəlib.

Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” proqramında məlumat verib. O bildirib ki, küsülü məşhurlar barışıblar:

“Həmin tədbirdə Zülfiyyə Xanbabayeva, Miri Yusif də var idi. Nigar Camal da həmin məclisdə yer alırdı. Daha sonra Röya gəldi, Nigar onu görüb sıxıldı. Efirdə şirə dönüb danışmağına baxmayın. Röya isə heç kimin gözləmədiyi bir hərəkət etdi. O, Nigarı qucaqlayıb öpdü”.

Qeyd edək ki, hər iki məşhur “Altın kelebek” mükafatlandırma gecəsinə qatılmışdı. Həmin an Nigar Röya ilə birlikdə müsahibə vermək istəməyib. Onlar arasındakı qalmaqal da bundan sonra başlayıb.