Ailəsi Amaliya Pənahovanın xatirə gecəsində - Fotolar

Ailəsi Amaliya Pənahovanın xatirə gecəsində -  Fotolar
1803 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzində mərhum xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək aktrisa barəsində xatirəsini bölüşüb.

Xalq artisti Eldar Quliyev teatr və kino sənətinə Pənahovanın dəyərli töhfələr verdiyini qeyd edib. Deputatlar Şəmsəddin Hacıyev, Qənirə Paşayeva mərhumun sənət dünyasından sözhəb açıblar.

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib. Tədbirdə aktrisanın ailə üzvləri də yer alıblar. Nəvəsi onunla bağlı fikirlər səsləndirib.

Foto: İlqam CƏBİYEV