Günel Hümbətova Günay İbrahimlini şantaj etdi

Günel Hümbətova Günay İbrahimlini şantaj etdi
6939 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Star Panorama” verilişində müğənni Günay İbrahimlinin aparıcı Günel Hümbətova haqda dediyi sözlər qarşı tərəfi qəzəbləndirib.

Axşam.az xəbər verir ki, onunla heç vaxt rəfiqə olmadığını və danışıqlarına əhəmiyyət vermədiyini söyləyən Günayın bu fikirlərindən sonra G.Hümbətova müğənniyə sosial şəbəkə vasitəsilə cavab verib:

“Günay İbrahimli, bəsdir özünü mənimlə reklam edib müsahibələr verdin. Bir də mənim adımı çəksən, camaata elə bir faktı açıqlayacağam ki, bundan sonra yüz il də oxusan, özünə gələ bilməyəcəksən. Bu, axırıncı xəbərdarlığımdır! Yer üzündə sənin kimi nanəcib, yaxşılıq bilməyən ikinci məxluq yoxdur. Adımı çəkmə, peşman olarsan. Bir də ki, 4 il qarşını kəsən adama niyə yaltaqlanmısan?! Niyə görüşüb çörək kəsmisən, ay məxluq?! Deməli, ikiüzlüsən. Mənim hər şeyə sübutum var. Çox qurdlu qızsan. Arxivdə materiallar var. Həmişə səni verilişlərimə çəkib, qonaq çağırıb ağız dolusu tərifləmişəm. Buna quyu qazmaq deyirsən?!”