Lüks avtomobildə 80 qadınla yeməyə getdi - Foto

Lüks avtomobildə 80 qadınla yeməyə  getdi -  Foto
2930 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə fanatı olan türkiyəli aktyor Burak Özçivit Küveytdə özəl bir yeməyə qatılıb.

Axşam.az xəbər verir ki, lüks bir brendin təşkil etdiyi mərasimdə Özçivit ölkənin 80 varlı qadını ilə birgə yemək yeyib.

Şirkət sahibləri aktyor üçün “McLaren” idman avtomobili təsis edərək, onun şəhərdə gəzməsinə şərait yaradıblar.

Burakla mərasimdə bir araya gələn qadınlar Küveytin məşhur varlı ailələrindən sayılan “Royal Family” olub.

Gecədə fanatları ilə bol fotolar çəkdirən sənətçi 19.00-da başlayan tədbiri gecə 01:00-da tərk edib.

Qeyd edək ki, Özçivit ikinci dəfə də 80 qadınla yemək yeyəcək. Bu isə 14 fevral tarixində baş tutacaq.