Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem yenidən sosial medianın müzakirə mövzusuna çevrilib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o öz qanından və hüceyrələrindən üz kremi hazırlatdırıb.
44 yaşlı müğənni bu barədə İnstaqram hesabında paylaşım edib. Bekhem fotoya bu başlığı yazıb:
"Bu krem mənim qanım və hüceyrələrimdən hazırlanıb. Yaşlanmağın və səpkilərin qarşısını alır".