Ebru toy tarixini açıqladı

Ebru toy tarixini açıqladı
1439 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model Ebru Şallı və nişanlısı Uğur Akkuş İstanbulda görüntüləniblər.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, xoşbəxt görünən cütlük jurnalistlərin suallarını cavabsız qoymayıblar.

Ebrunun doğum günü üçün restoranlardan birinə gedən ikili nikah tarixini də açıqlayıb. Şallı 41 yaşının tamam olduğunu və mayda Uğurla rəsmi nikah kəsdirəcəyini söyləyib.

Qeyd edək ki, model bundan öncə iki dəfə ailəli olub.