"Yaşamaq istəməsəm də..." - Zöhrə Abdullayeva

"Yaşamaq istəməsəm də..." -  Zöhrə Abdullayeva
6258 dəfə oxunub
  • A-
  • A
  • A+
Oğlu dünyasını dəyişdikdən sonra sənətdən uzaqlaşan əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişinə zəng vurub.

Axşam.az-ın məlumatına görə, müğənni mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə dəstək istəyib.

Z.Abdullayeva daha sonra özündən bəhs edib, o, səhhətində problem olduğunu deyib:

"Yaşamaq istəmirəm, amma boğulub ölmək istəmirəm. Boğuluram. Həkim istəyirəm mənə baxsın".

Müğənni Roza Zərgərli bu yaxınlarda Z.Abdullayevanı hava limanında gördüyünü deyib:

"Bir qadın gördüm, ağappaq qar. Elə sakit yeriyirdi ki, heç kim onu tanımasın. Mən də yaxınlaşmadım ki, narahat olmasın".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. İki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.