Yıldız Tilbe orkestrini işdən qovdu

Yıldız Tilbe orkestrini işdən qovdu
693 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli ifaçı Yıldız Tilbe orkestrini işdən qovub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün müğənni yeni orkestri ilə səhnəyə çıxıb.

O, konsert zamanı arxaya dönərək “Bu orkestrlə səhərə qədər rəqs etmək olar” deyib.

Daha sonra sosial media hesabında “İşimi çox sevirəm və ciddi yanaşıram. Səhnədəki əməyimi ciddi qəbul etməyən, günlərlə məşq edib, səhnədə məni görməzliyə vuran və ağıllarına necə gəldi elə də çalışan işçilərlə yoluma davam etmək istəmirəm. Kim verdiyi sözü tutmadısa, haram olsun” deyə, Yıldız yazıb.

Qeyd edək ki, Yıldızın orkestrində 20 nəfərə yaxın musiqiçi çalışırdı.