"Oqtay qoymurdu Dilarə işləsin" - Xalq artisti

"Oqtay qoymurdu Dilarə işləsin" -  Xalq artisti
4196 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Elmira İsmayılova gəlini, əməkdar artist Dilarə Əliyeva ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa "Ən yaxşısı" verilişində bildirib ki, oğlu Oqtay Əliyev ilk vaxtlar Dilarəyə çalışmağa icazə verməyib:

"Oqtay qoymurdu işləsin. Fikirləşdim ki, ali təhsilli, istedadlı qızdır, niyə evdə otursun? Evdə məsələ qaldırdım ki, mənimlə işləyəcək. Oqtay razılaşmadı. Axırda atası ilə mən yola gətirdik, razılaşdı. Sonra gördü ki, necə gözəl aktrisadır. Oqtay çəkdi Dilarəni öz yanına gətirdi".