"Cəmiyyətə yararsız vaynerlər..." - Elvin
Müğənni Elvin Abdullayev sosial media hesabında efirlərə dəvət edilən qonaqlardan danışıb.
Axşam.az-ın məlumatına görə, o, efirə çağrılan vaynerlərin zövqləri korladığını bildirib:
"Televiziyalara nə qədər ki, senzura qoyulmayıb, cəmiyyətə yararsız vaynerlər efirə rahat şəkildə çıxıb mahnı, zövq, dəb və incəsənətdən danışacaq. Bu o deməkdir ki, Azərbaycan öz musiqisini, incəsənətini itirdi. Başın sağ olsun".