"Şou-biznesdə maddiyat mənəviyyatdan üstündür" - Rövşanədən qalmaqallı sözlər

"Şou-biznesdə maddiyat mənəviyyatdan üstündür" -  Rövşanədən qalmaqallı sözlər
1111 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Rövşanə Ağasəfqızı şou-biznes nümayəndələrini tənqid edib.

Axşam.az-ın məlumatına görə, aparıcı "Səhər-səhər" verilişində şou adamlarını mənəviyyatsız adlandırıb:

"Şou-biznes adamlarına güvənmirəm. Bu sahənin nümayəndələrində maddiyat mənəviyyatı üstələyir. Hər sahədə bu cürləri var, amma bu, şou-adamlarında daha çox qabarıqdır. Toya, 5 manata, mahnıya görə bir-birinə badalaq gələnləri o qədər görürük ki... Onlara dost deyib güvənmək olmaz. Mən də onlardan uzaq dururam".