Günay onlarla küsülüdür: "Qəti barışmarıq"

Günay onlarla küsülüdür:  "Qəti barışmarıq"
2037 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli “MTV Azərbaycan”da yayımlanan “3 canlı” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqramda Rəhim Rəhimli sənətçinin küsülü olduğu məşhurların adlarını açıqlayıb. Rəhim hətta Günayın müğənni İradə İbrahimova ilə küsülü olduğunu deyib. Müğənni isə bunun yalan xəbər olduğunu açıqlayıb: 

"İradə İbrahimova ilə danışıram. Bizdən açıqlama almamış, bizə həmişə deyiblər ki, siz əmiqızı, xalaqızısınız. Ola da bilərik. Burada heç bir problem yoxdur. Mən onun mahnılarını sevirəm, ailəsini də tanıyıram".

Günay digər tanınmışlarla küsülü olmasının səbəbini izah edib:

"Stilist Elnur Həsənov ilə danışmıram. 10 ilə yaxın onunla dostluq etmişəm. Bir günün içində dostluğumuz pozulub. Barışmaq ehtimalımız isə qəti şəkildə yoxdur. Stilist Anar Ağakişiyevlə yola getmədik, xasiyyətimiz tutmadı. Amma birgə gözəl işlərimiz də olub.

Günel Hümbətova ilə barışmışam. Onunla qrup yoldaşı olmuşam. Rozanın adı niyə o siyahıda var, deyim. Bu yaxınlarda verilişdə qonaq olmuşdu. Çox iyrənc bir sual vermişdilər, o da ona cavab verib. Daha sonra bütün mətbuat bu haqda yazdı. Münasibətlər normaldır".