“Əl-cəzair” gözəl seçildi, təhqirlərə məruz qaldı - Foto

“Əl-cəzair” gözəl seçildi, təhqirlərə məruz qaldı - Foto
2022 dəfə oxunub
  • A-
  • A
  • A+

Əl-cəzairdə keçirilən beynəlxaq gözəllik müsabiqəsində “Miss Əl-cəzair” ünvanının sahibi Moritaniyanın şimalındakı Adrar bölgəsində yaşayan 26 yaşlı Xədicə Ben Hammu olub.

Axşam.az xəbər verir ki, Xədicənin birinci seçilməsi mediada və sosial şəbəkədə skandal yaradıb.

İstifadəçilər Xədicənin qaradərili olmasını qəbul etməyib, ona təhqirlər yazıblar.

Media nümayəndələri də izləyicilərə qoşularaq “Miss Əl-cəzair”i tənqid ediblər və bildiriblər ki, o, bu ada layiq deyil.

Təşkilatçılar insanların bu cür reaksiyasını irqçiliklə əlaqələndirib və qınayıb.

Bütün bunların fonunda isə Xədicə nə izləyicilərə, nə də media nümayəndələrinə reaksiya verib.

Əl-cəzairdən olan bir çox siyasətçi və müğənni isə Xədicəyə dəstək olub.