Nizami Kino Mərkəzində dəyişiklik

Nizami Kino Mərkəzində dəyişiklik
742 dəfə oxunub
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin 29-cı ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq.

Axşam.az-ın məlumatına görə, yanvarın 20-də kino mərkəzinin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Repertuara Salnamə Sənədli Filmlər Studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən “Azadlığa gedən yollar” filmi daxil ediləcək.

Seanslara giriş sərbəstdir.