“Qızını oyuncaq kimi dünyaya gətirib” - Fotolar

“Qızını oyuncaq kimi dünyaya gətirib” -  Fotolar
4983 dəfə oxunub
  • A-
  • A
  • A+

Kayli Cennerin bir yaşlı qızı Stormi ilə eyni rəngdə bikini geyindiyi görüntüləri sosial media hesabından paylaşması qalmaqal yaradıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rəfiqəsi Cordin Vudsun da yer aldığı görüntülərdə yaşıl bikinidə olan 21 yaşlı Cenner tənqid edilib.

İsitfadəçilər iddia edib ki, Kayli öz qızını oyuncaq kimi görür və ondan istifadə edir.

“Qızını aksessuar kimi daşıyır”, “Qızı oyuncaq kimi dünyaya gətirib” deyə, izləyicilər şərhlər yazıb və Cennerin fanatları ilə onlar arasında dava yaranıb.

Qeyd edək ki, Kayli Cenner tez-tez qızı ilə paylaşımlarına görə tənqidlərə məruz qalır.