Türkiyəli aktrisa Melisa Sözen ötən il “Star” TV-də yayımlanan “Babamın günahları” adlı serialdan ödənişini ala bilmir.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ekran işində Kadir Doğulu ilə baş rola çəkilən sənətçiyə prodüserlərin 49 min lirə borcu var.

Məvacibini ala bilməyən aktrisa isə çarəni şirkəti məhkəməyə verməkdə görüb. Onlar isə Melisanın iddiasının əsassız olduğunu iddia edir.

Qeyd edək ki, şirkət aktrisanın pulunu ödəməsə, onlara məxsus mallar girov veriləcək.



                 

Digər Xəbərlər