Məlahət Abbasova azərbaycanlı aparıcını fırıldaqçılıqda ittiham etdi

Məlahət Abbasova azərbaycanlı aparıcını fırıldaqçılıqda ittiham etdi
4879 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səidi fırıldaqçılıq ittiham edib.

Axşam.az xəbər verir ki, buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır. Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O, seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb.

Bu il isə hər il Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda seçim turu keçiriləcək və layihə rəhbəri aparıcı Aysel Nazim olacaq. Bakı seçimləri ilə bağlı münsif olan əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım edib. Onun statusuna əməkdar artist şərh yazaraq ötən il gənclərin aldadıldığını bildirib:

"Keçən il də olmuşdu. İndi haradadırlar? Onlardan xəbər var? Bildiyim qədər müsabiqəyə qatılanlardan pul alırlar, yalandan insanlara ümid verirlər. Bunu heç kimə məsləhət görmürəm. Mən Türkiyədə yaşayıram. Burada kifayət qədər yeni simalar var. Gəncləri aldadırsınız".