Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür

Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.

Axşam.az xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəkidə anadan olub.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.

Axundova həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" tamaşalarının, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

Ş.Axundova 1998-ci ildə Azərbaycan Respublikasının "Xalq artisti" adına layiq görülüb, 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Uzun müdddət ürək xəstəliyindən əziyyət çəkən bəstəkar iyulun 26-da 2013-cü ildə vəfat edib.