Mina elə dəyişdi ki, tanımadılar - Fotosessiya

Mina elə dəyişdi ki, tanımadılar - Fotosessiya
3303 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mina Hüseyn fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, ifaçı tam fərqli obrazda kamera qarşısına keçib. Onun obrazı üzərində stilist Anar Məmmədov çalışıb.

Fotoqraf Səbuhi İmansoyun lentə aldığı şəkilləri Mina İnstaqram səhifəsində yerləşdirib. Qısa zamanda minlərlə "like" toplamış fotolar izləyicilər tərəfindən bəyənilib. Sosial şəbəkə istifadəçilərinin bəzisi Minanı tanımadılarını, hətta bir neçə izləyici onu dünya ulduzu Keti Perriyə bənzətdiyini qeyd edib.

Qeyd edək ki, uzun müddətdir ekranlarda görünməyən sənətçi “Maşın” realiti şou və “O səs Türkiyə” müsabiqəsindən sonra yenidən gündəmə gəlib.