Fərhad Bədəlbəylidən növbəti uğurlu konsert

Fərhad Bədəlbəylidən növbəti uğurlu konsert
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Londonun “Cadogan Hall”unda növbəti uğurlu konserti oldu.

Royal Filarmonik Orkestrinin müşayiət etdiyi konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib.
Beş yüzə yaxın tamaşaçının qatıldığı gecədə bəstəkar Tofiq Quliyev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və dünya klassiklərinin əsərlərindən nümunələr səslənib. Qara Qarayevin "Yeddi gözəl" baletindən vals iştirakçıların xüsusilə böyük rəğbətini qazanıb.

AzərTac