Naringili ruletin hazırlanma qaydası

Naringili ruletin hazırlanma qaydası
3037 dəfə oxunub
  • A-
  • A
  • A+

Lazım olacaq ərzaqlar:

Yumurta – 4 ədəd
Şəkər tozu – 4 x/q.
Un – 4 x/q.
Qabartma tozu – 1 ədəd

İç üçün:

Naringi – 7 ədəd
Su – 1 stəkan
Jelatin – ½ ədəd
Şəkər tozu – 3 x/q.

Hazırlanma qaydası:

Yumurta sarısını və şəkər tozunu mikserlə yaxşıca qarışdırın. Digər qaba un və qabartma tozunu tökün. Kənarda yumurta ağını beze halına gələnə qədər mikserlə çalıb, yumurta sarısını əlavə edin. Sonda unu yavaş-yavaş töküb, qarışdırın. Yağlanmış tavaya əlavə edib, əvvəlcədən isidilmiş sobada bişirin. Hazır olduqdan sonra isti halda rulet formasında burub, nəm dəsmala büküb, kənara qoyun. Naringiləri təmizləyib bir qaba töküb, üzərinə su və şəkər tozu əlavə edib, 15 dəqiqə bişirin. Sürtgəcdən keçirib, bir qaba tökün. Kənarda jelatini 1 stəkan su ilə qarışdırıb, naringinin üzərinə əlavə edin. Vam odda qatılaşana qədər saxlayın. Soyuduqdan sonra bükdüyünüz ruleti açıb, arasına çəkin.