Bakıda ilk dəfə "Anna Karenina" təqdim edilib

Bakıda ilk dəfə "Anna Karenina" təqdim edilib
607 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 7-də Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub.

Axşam.az xəbər verir ki, səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında təqdim edilən tamaşada mənfi fikirlər, stereotiplər, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyi əks edilib.

Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir il yarım ərzində baş verən dəyişikliklərə güc - bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır.