“Ayrılıq” mahnısının müəllifi öldü

“Ayrılıq” mahnısının müəllifi öldü
1632 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi rəcəb İbrahimi Korabazlı 83 yaşında Tehranda dünyasını dəyişib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İbrahimi 1936-cı ildə Ərdəbilin Korabas kəndində doğulub. F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə səsləndirilib. Bu ifadan sonra mahnının mahir ifaçıları sırasında Yaqub Zurufçu, Ququşun adları çəkilir.