Amerikalı müğənni Bebe Reksa "Qremmi" mükafatlandırma mərasimi öncəsi təşkil olunan partidə iştirak edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hər zaman tərzi ilə adından söz etdirməyi bacaran ifaçı bu dəfə də ənənəsini pozmayıb.

O, tədbirə bənövşəyi rəngli geyimdə gedib. Bebe dərin sinə dekoltesi və qısa ətəyi ilə bütün baxışları öz üzərinə toplayıb.

Qeyd edək ki, son müsahibəsində Reksa "Modelyerlər bədənimin böyük olduğunu deyərək, mənə xüsusi bir libas tikmirlər. Ona görə tədbirlərə geyinməyə heç nəyim yoxdur" söyləmişdi.

 
 
 
 
 


                 

Digər Xəbərlər