Zamiq həsrətlə baxdığı sarayda arzusunu gerçəkləşdirdi - Fotolar

Zamiq həsrətlə baxdığı sarayda arzusunu gerçəkləşdirdi - Fotolar
2261 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov Heydər Əliyev adına sarayın səhnəsində konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, 18 nəfərlik orkestrlə canlı ifalar səsləndirən sənətçini səhnədə rəqqaslar müşayiət edib.

Konsert zamanı iki libas dəyişən Zamiq qlamur görüntüsü və rəqsləri ilə diqqət çəkib.

Gecədə ifaçını sənət dostları da tək qoymayıb. Konsertə qatılan məşhurlar sırasında bəstəkar Faiq Sücəddinov, xalq artistləri Fidan Hacıyeva, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Röya Ayxan, Teymur Əmrah, müğənni Sevda Yahyayeva, aparıcılar Nəsib Nur, Nurlana Cəfərova, reper Elşad Xose və başqaları olub.
İki saat davam edən konsertdə müğənni sevilən mahnılarını səsləndirib.

“Konservatoriyada oxuyanda hər dəfə bu sarayın yanından keçəndə afişaları görürdüm. Həsrətlə baxırdım və öz-özümə fikirləşirdim ki, görəsən, bu sarayda nə vaxtsa 2-3 mahnı oxuya biləcəyəm? Və budur... Bu gün sizin qarşınızdayam. Sizin sevginiz məni bu yerlərə gətirib” deyə, Zamiq konsertə qatılanlara təşəkkür edib.