Renkayla Nail barışdı

Renkayla Nail barışdı
928 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlu ilə rəqqasə Rəna Ağamuradova (Renka) barışıb.

Axşam.az-ın məlumatına görə, Nail keçirdiyi "Gülüm" adlı konsertə gəlməyən Renka ilə uzun müddətdir danışmırdı. Barışıq addımını da rejissorun özü atıb. Belə ki, nail 14 Fevralda keçirdiyi "Eşqimiz" adlı konsertə rəqqasəni də dəvət edib:

"Fevralın 14-də Renkanın ad günüdür. Onu da gecəyə dəvət etmişəm. Onunla tez-tez küsüb-barışırıq. İlin 5 ayı Renka ilə küsülü qalırıq.

Hətta indi ona yeni klip də çəkirəm. Sosial xarakterli ekran işində rəqqasə mələk obrazını canlandırıb. Klip qadın zorakılığına qarşıdır".