Acun Ilıcalı Mark Zukerberqlə eyni siyahıda

Acun Ilıcalı Mark Zukerberqlə eyni siyahıda
2863 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur "Variety" dərgisi ötən il film, televiziya, musiqi, texnologiya və yarışma sektoruna damğasını vuran məşhurların adını açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda aparıcı-prodüser Acun İlıcalının da adı var.

Məlumata görə, siyahıda 358 amerikalı, 30 ingiltərəli, 15 fransalı, 13 çinli, 12 almaniyalı, 11 hindli, 8 italyalı, 6 ispaniyalı və 1 türkiyəli yer alıb. Tanınmış simalardan Meril Strip, Riz Viterspun, Tim Kuk, Mark Zukerberq, Emma Ston kimilərin adına həmin siyahıda rast gəlmək mümkündür.