Murad Dadaşov efirdən gedir? - Video

Murad Dadaşov efirdən gedir? -  Video
2626 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Murad Dadaşov “Maqazin klubu”nda iddia edilən efirdən getməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, o, bu barədə “ATV maqazin 10larla” proqramında danışıb. Şoumen bildirib ki, bu haqda yalnız dostlarına deyib:

“Bu haqda, heç kimə, heç bir yerdə rəsmi olaraq bir söz də deməmişəm. Ancaq şəxsi söhbətlərdə söyləmişəm. Həmin söhbətlərdə iştirak edənlər isə sayt rəhbərləri olub.

İşin uğuru məni ruhlandırır. Əgər iş uğursuz alınsaydı, bəlkə də, mən doğrudan da çıxıb gedərdim. Gələn iştirakçılara həm tamaşaçı, həm də prodüser gözü ilə baxıram. Görəsən, bu insan şounu idarə edə bilərmi? Hələ ki, belə bir insan görmürəm”.

Murad Dadaşov “Maşın” realiti şousunun 18-ci sürəti barədə də danışıb:

“Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim qədər, təəccüblənməmişdim. “Maşın şou”nun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payız aylarına salacayıq. İşrakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir”.