"Ədalət oxumağı məndən öyrənir" - Vasif Məhərrəmli

"Ədalət oxumağı məndən öyrənir" -  Vasif Məhərrəmli
1744 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovla bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni "X maqazin"də aparıcının "Dedilər ki, şou məkanında ən bahalı və dəbli geyinən iki ifaçısı var: biri Ədalət, digəri siz. Ədalət də dedi ki, Vasif geyinməyi məndən öyrənir" sözlərinə belə cavab verib:

"Boynuma alıram, bəzi şeylərdə axsamalarım olanda, zəng edib Ədalətdən öyrənirəm. O da məndən oxumaq öyrənir. Burada nə var ki? Toya da baxıb öyrənmişik ki, Səməd Səmədov, Cavanşir Məmmədov necə oxuyur".

Vasif saçlarını boyadığını da etiraf edib.