Viktoriya Bekhem imtina etdi

Viktoriya Bekhem imtina etdi
1225 dəfə oxunub
  • A-
  • A
  • A+

44 yaşlı Viktoriya Bekhem pərəstişkarlarına ilk idman tərzində olan kolleksiyasını təqdim edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modelyer kolleksiyalarında heyvan dərilərindən istifadə edilməsinə qadağa qoyub.

Bu haqda yayılan xəbəri Bekhemin sahibi olduğu brendin rəsmi nümayəndələri də təsdiqləyiblər. "Daha dəbli və etik geyimlər hazırlamaq qərarına gəlmişik. 2019-2020-ci ilin kolleksiyasında ekzotik heyvanların dərisindən istifadəyə qadağa qoymuşuq. Bu addım müştərilərimiz tərəfindən də müsbət qarşılanacaq" deyə, açıqlamada qeyd edilib.

Viktoriya kolleksiyalarında heç vaxt təbii kürkdən istifadə etmirdi. İndi isə o, ilan, timsah və kərtənkələ dərisindən əşyalar hazırlamağa son qoyub.