200-dən çox incəsənət nümayəndəsi Nazirliyə müraciət etdi

200-dən çox incəsənət nümayəndəsi Nazirliyə müraciət etdi
3272 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər.

Axşam.az xəbər verir ki, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Bu barədə teatrın rəsmi səhifəsi məlumat yayıb. Müraciətdə bildirilir:

“Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.

ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq”.

Qeyd edək ki, müraciətə 211 şəxs qoşulub. Onların sırasında xalq artistləri Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Rəfael Dadaşov, Həmidə Ömərova, əməkdar artirlər Ayşad Məmmədov, Gülzar Qurbanova, Bəsti Cəfərova, müğənnilər Elnur Hüseynov, Diana Hacıyeva və başqa tanınmış şəxslər yer alıb.