Handə Yenər və “VİA Qra” qrupu Yeni ili Bakıda qarşılayacaqlar

Handə Yenər və “VİA Qra” qrupu Yeni ili Bakıda qarşılayacaqlar
2461 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Handə Yenər və Rusiyanın “VİA Qra" qrupu Yeni ili Bakıda qarşılayacaqlar.

Axşam.az AFİŞA xəbər verir ki, dekabrın 31-də “Yeganə” şadlıq sarayında baş tutacaq gecənin aparıcılığını Afaq Gəncəli edəcək.

Həmçinin türkiyəli ifaçı Burçaq Günəş, müğənnilər Nuri Sərinləndirici, Jane, “Bozbash pictures”in aktyorları İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov qonaqlara xoş anlar yaşadacaq.

Şaxta baba obrazında aktyor Allahverdi Yolçuyev, Qar qız isə aktrisa Sevinc Əliyeva olacaq.

Saat 21:00-da başlayacaq şou proqrama biletlərin qiymətləri 300 AZN-dən başlayır.

Ətraflı məlumat üçün (+99412) 568 96 48, (+99450) 228 33 11, (+99451) 518 81 59, (+99450) 884 38 94, (+99470) 616 55 37, (+99470) 433 23 33 nömrələri ilə əlaqə saxlamaq mümkündür.