Yaponiyanın "Va liqa" qrupu Bakıya gəlir

Yaponiyanın "Va liqa" qrupu Bakıya gəlir
900 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 7-də Rəşid Behbudov adına Mahnı Teatrında Yaponiyanın “Va liqa” qrupunun kabuki rəqs və musiqi konserti baş tutacaq. Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin və JTİ şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Saat 17:00-da başlayacaq konsertə giriş pulsuzdur.

Axşam.az AFİŞA xəbər verir ki, "Va liqa" Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takahisa Terutoşinin rəhbərliyi altında yapon mədəniyyətinin tanıtımı və millətlərarası mübadilənin qurulması məqsədi ilə çıxış edən incəsənət qrupudur. Ənənəvi incəsənət vasitəsilə Yaponiyaya qarşı maraq və həvəsin yaradılmasına ümid edərək “Va liqa” qrupu, kabuki, əyləncəli rəqs, teatr, yapon barabanı (vadayko), şamisen, folklor musiqi növləri başda olmaqla, müxtəlif janrlarda olan ənənəvi incəsənəti xarici ölkələrdə tanıdır. Qrup, indiyə qədər 53 ölkə, 300-dən çox müxtəlif şəhərlərdə çıxış edib. Bu, onların Azərbaycana ilk səfərləridir.

Muneyamaryu Koço
Uşaq vaxtlarından öyrəndiyi yapon rəqsləri, qadın obrazında oynamaq üçün məşqlər, teatrda geniş səhnə fəaliyyəti təcrübəsi ilə çağdaş dünyamıza yeni nəfəs verən rəqs dünyasını yaradır. Klassik incəsənətdə yeni yaranmiş “Şinbuyou” rəqsi ilə stereotipləri qıraraq, qadınların daxili aləmlərini özünə məxsus şəkildə təsvir edir.

Senkava Kiraku 
Yaponiya Dövlət Teatrı Kabuki Aktyorluq Məktəbinin 8-ci kurs tələbəsi. Yalnız kabuki ilə kifayətlənməyərək, o həmçinin fəaliyyətini genişləndirərək, özünü orta əsr obrazlarında, musiqili tamaşa, müasir teatr, yapon seriallarında da sınamışdı.

Senkava Mitsuya
1992-ci ildə Yapon Dövlət Teatrının Kabuki Aktyorluq Təlim Kurslarını bitirib. 2002-ci ilə qədər 10 il müddətində kabuki teatrında qadın obrazını canlandıran kişi aktyoru kimi fəaliyyət göstərib. Hazırda isə klassik və ənənəvi yapon incəsənətinin yayılıb genişlənməsində fəal iştirak edir.

Yamanaka Nobuto
Orta məktəbi bitirib, 15 yaşında tək başına Aomori prefekturasının Hirosaki şəhərinə köçüb, orada “Tsuqaru Şamisen” ustadı Yamada Çisatonun şagirdi qismində folklor musiqi məkanlarında 4 il ərzində şamisen ifaçılıq sənətinə yiyələnib. Yaponiyada keçirilən şamisen müsabiqələrində dəfələrlə mükafatlara layiq görülüb. Bütövlükdə 14 xarici ölkədə çıxış edib.

Yapon barabanı (vadaiko) ifaçısı Taka
1991-ci ildə Hiroşimada doğulub. Ailəsinin təsiri ilə uşaqlıq vaxtlarından yapon barabanında ifa etməyə başlayıb. 2008-2009-cu illərdə yapon barabanları üzrə dünya miqyaslı müsabiqə “Tokio Beynəlxalq Baraban Yarış”ında çıxış edərək, iri həcimli baraban kateqoriyası üzrə 2 il ardıcıl olaraq münsiflər heyyətinin fərqlənmə mükafatına layiq görülüb. “Vadaiko” vasitəsi ilə özünəməxsus aura yaradaraq, ənənələri qoruyub saxlamaqla bərabər orijinallıqla dolu musiqi ifasını təqdim edir.