Gülşən və Gökçə Yeni ildə Şamaxıda olacaq

Gülşən və Gökçə Yeni ildə Şamaxıda olacaq
1166 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənnilər Gökçə və Gülşən Azərbaycana gələcəklər.

Axşam.az AFİŞA xəbər verir ki, sənətçilər Yeni il bayramı münasibətilə Şamaxıda - "Samaxi Palace Platinum By Rixos" otelində‎ konsert proqramı ilə çıxış edəcəklər.

31 Dekabr
Gökçe - 200 AZN. Zəngin menyunun daxil olduğu qala yeməyi.

1 Yanvar
Gülşən - 100 AZN.

Əlavə məlumat üçün (+99412) 488 6456, (+99450) 295 8725 nömrələri ilə əlaqə saxlamaq mümkündür.

Həmçinin qeyd edək ki, otel müştərilərinə 1199 AZN-ə xüsusi hazırlanmış paket təklif edir. Bu qiymətə iki nəfərin 3 gecə (4 gün) oteldə qalması, hər iki konsertdə iştirak etməsi və s. daxildir:

-  Beynəlxalq bufet səhər yeməyi və şam yeməyi daxil - Half board yemək planı
-  Dekabrın 31-də Gala Yeməyi
-  31 dekabrda Gökçe konserti
-  1 yanvarda Gülşən konsert
-  Serenity SPA və Wellness Center - açıq və qapalı hovuz, Fin və Türk Hamams, Sauna, Fitnes Mərkəzi
-  Rixy Club Uşaq Əyləncə Mərkəzi və Əyləncə obyektləri
-  Uşaqlar üçün Aqua Park.
-  Otelin müxtəlif ictimai guşələrində bayram proqramları və xüsusi yeni il dekorasiyaları
-  Qapalı və Açıq Oyun obyektləri (əlavə ödənişlər tətbiq edilir bəzi istisnalar ilə)
-  Yüksək sürətli internet