Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxusun

Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxusun
2180 dəfə oxunub
  • A-
  • A
  • A+

Statistik məlumatlar göstərir ki, dünyada təxminən hər 5-ci insan bu və ya digər yuxu pozulmalarından əziyyət çəkir. Mütəxəssislər bunu çox ciddi problem hesab edir. Yuxu pozulmaları insan sağlamlığına çox mənfi təsir edir. Xüsusilə yuxusuzluq ürək və beyinə ciddi ziyan vurur.

Axşam.az xarici KİV-ə istinadən yuxusuzluqdan əziyyət çəkənlərə bəzi tövsiyyələr verir:

1. Yatmazdan əvvəl mütləq 30-40 dəqiqə açıq havada gəzin. Bu yuxuya getməyə kömək edəcək.

2. Qaranlıqda yatın. Gecə lampası, pencərədən düşən işıq yuxunun keyfiyyətinə mənfi təsir edir.

3. Yatmazdan əvvəl çay, qəhvə, koka-kola kimi kofeinlə zəngin olan içkiləri qəbul etməyin.

4. Çobanyastığı, nanə, pişikotu, melissa kimi otların dəmləmələri yuxu problemləri olanlara yaxşı kömək edir.

5. Yatmazdan əvvəl kompüterdə işləməyin, telefon, planşet kimi texnikadan uzun müddət ərzində istifadə etməyin.

6. Yatmazdan əvvəl kitab oxumaq da yuxuya getməyə kömək edir.

7. Yuxuya gedə bilmirsinizsə, yataqdan durun və hər hansı yüngül işlə məşğul olun. Bu yuxuya getməyə kömək edəcək.

8. Süd də yuxuya getməyə kömək edir. Çalışın, yatmazdan əvvəl bir stəkan süd için.