“Yol polisi haqsızlıq edəndə 102-yə zəng vururam” - Nura Suri

“Yol polisi haqsızlıq edəndə 102-yə zəng vururam” - Nura Suri
814 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri “5/5” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi veriliş zamanı yol hərəkəti qaydaları ilə bağlı səhnəcikdə sualları cavablandırıb. O, polis obrazını canlandıran şəxslə sərt danışıb.

Bu zaman proqramın aparıcısı “Sən Yol Polisi ilə də belə danışırsan” deyə, müğənniyə sual ünvanlayıb.

Nura isə “Mənim kimi qanunları bilən yoxdur. Bu, səhnəcikdir. İnsanlar izləyir ki, əhvalları qalxsın. Ona görə zarafat edirəm. Amma mən "demaqoqam", Yol polisi haqsızlıq edəndə sona kimi gedirəm, 102-yə zəng vururam” deyə, bildirib.