Nəsrin Cavadzadə necə formada qalır?

Nəsrin Cavadzadə necə formada qalır?
1717 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk mediası azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin formada qalmasının sirrini açıqlayıb.

Axşam.az xəbər verir ki, yazılan məqalədə onun gündə sadəcə iki dəfə yemək yediyi söylənilib. Bildirilir ki, Nəsrin üçün qidalar anasının yaşadığı Datça adlı ərazidən gətirilir.

Səhəri günə iki qaynadılmış yumurta və xiyarla başlayan Cavadzadə içki olaraq isə qəhvəni seçir.

Axşam 19:00-dan sonra yemək yemədiyini deyən Nəsrin “Kənd məhsullarından istifadə edirəm, buraya zeytun yağında bişirilmiş yeməklər və dəniz məhsulları da daxildir” söyləyib.

Qeyd edək ki, Cavadzadə çəkilişlər olduğu günlər də daxil olmaqla, həftədə 5 dəfə idmana gedir.