"Əsgər anasına niyə şər atırsınız?" - Nazilə Xatunu müdafiə etdi

"Əsgər anasına niyə şər atırsınız?" -  Nazilə Xatunu müdafiə etdi
1858 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində müğənni Xatun Əliyeva ilə şairə Nazilə Səfərlinin toy məclislərindən birində dava etdiyini deyib.

Axşam.az-ın məlumatına görə, maraqlısı odur ki, həmin an proqramda qonaq olan Xatun Elgizin "Rusiyada toyda Xatun Nazilə ilə dalaşıb. Hətta stolun üstündə nələr varsa dağıdıb. Hamı şokda olub" sözlərinə etiraz etməyib.

Nazilə isə məsələyə münasibət bildirərək, belə bir hal yaşanmadığını deyib. O bildirib ki, bu açıqlamanı Elgiz verilişində reytinq xatirinə verib:

"Bəzi yerdə Xatunla qalmaqalımı yazıblar. Mən Xatuna, Xatun mənə düşmən deyil. Elgiz hansı məqsədlə o sözü deyib? Rusiyada heç bir toyda Xatunla rastlaşmamışam. Kiməsə niyə şər atım? Xatun əsgər anasıdır, bir əsgər anasına elə böhtan ata bilmərəm. Şər atanda reytinqdən əvvəl fikirləşin. Xatun mənim yanımda stol çevirməyib".