“Oxuyanda “xoruz buraxmıram” - Tolik Rozaya söz atdı

“Oxuyanda “xoruz buraxmıram” - Tolik Rozaya söz atdı
2528 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli və prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, Tolik “Hər şey daxil” proqramında mahnı ifa etdiyi kadrları paylaşaraq, Rozaya söz atıb.

O, “Müğənni deyiləm, səsim o qədər də yoxdur, amma ifa edəndə bəzi müğənnillər kimi gücənmirəm və “xoruz buraxmıram”. Bir də mən prodakş verilişinin aparıcısı deyiləm, “Xəzər” TV-nin əsas verilişlərindən birinin layihə rəhbəri, həm də aparıcısıyam” deyə, Tolik yazıb.

Qeyd edək ki, tərəflər arasındakı qalmaqala səbəb Roza Zərgərlinin Afət Fərmanqızı ilə bağlı dediyi fikirlərdə Tolikin verilişində yaşanan “240 minlik avtomobil” mövzusuna toxunması olub.