Gülben Ergenin şikayət etdiyi eks-ərinə 2 il həbs cəzası

Gülben Ergenin şikayət etdiyi eks-ərinə 2 il həbs cəzası
12021 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülben Ergen eks-əri Erhan Çeliki şəxsi həyatı foto paylaşaraq ictimailəşdirdiyinə görə məhkəməyə vermişdi.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, məhkəmə Erhana 2 il həbs cəzası verib. Daha sonra həmin cəza “Yaxşı hal endirimi” deyə, 1 il 8 aya endirilib. Hakim cəzanın 5 il sonraya ertələnməsinə qərar verib.

Erhan Çelik 5 il polis nəzarətində olacaq.

Qeyd edək ki, o, Ergenin uşaqlarının özəl görüntülərini sosial şəbəkədə yayımlamışdı.