Türk qəhvəsinin inanılmaz faydaları

Türk qəhvəsinin inanılmaz faydaları
1743 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəhvə içmək bir çoxumuz üçün böyük zövq və imtina edilməsi mümkün olmayan vərdişdir. Ancaq gümrah qalmaq və enerjimizi yüksək səviyyədə tutmaq üçün az qala hər gün içdiyimiz qəhvənin faydalarını bilirikmi?

Axşam.az Türkiyə mətbuatına istinadən sizə özünəməxsus dadı və hazırlanma qaydası olan türk qəhvəsinin faydalarından bəhs edəcək.

Hər səhər şəkərsiz olaraq içilən türk qəhvəsi zehni fəaliyyəti və diqqəti xeyli artırır.

Son illər aparılan tədqiqatlar göstəri ki, hər gün düzənli şəkildə qəhvə içmək ömrü uzadır, yaddaşı gücləndirir və Alzaymer xəstəliyini önləyir.

Qəhvənin içindəki antioksidantlar ürəyin fəaliyyətini yaxşılaşdırır. Qaraciyər yağlanmasının, od kisəsində daş əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə şəkər xəstəliyi riskini əhəmiyyətli dərəcədə azaldan bu içki xərçəngin bir çox növünə qarşı da mübarizə aparır.

Şəkərsiz içilən türk qəhvəsi artıq çəki ilə mübarizədə çox böyük yardımçıdır. Belə ki, metabolizmanı sürətləndirən tərkib, eyni zamanda piy toxumasının parçalanmasını sürətləndirir.