5 mininci pasient azərbaycanlı oldu, şirkət sürpriz etdi - Video

5 mininci pasient azərbaycanlı oldu, şirkət sürpriz etdi - Video
1188 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin sağlıq sektorunda uzun illərdir fəaliyyət göstərən "Healthis Asistance” şirkəti 5 mininci xəstəni qəbul edib.

Şirkətin rəhbəri Sənan Quliyev Axşam.az-a bildirib ki, bu ilin martında Natiq Hüseynov adlı pasient Türkiyədə müalicəyə dəvət edilib:

"Pasiyentimiz İstanbula gələr-gəlməz komandamızla birlikdə ona böyük bir hədiyyə hazırladıq. Öncə pasienti mərkəzi ofisimizdə qəbul etdik. İlkin görüşmədən sonra ona 5 mininci şəxs olaraq bizə müraciət etdiyini bildirdik. Daha sonra onu İstanbulda helikopter turuna çıxardıq”.

S.Quliyevin sözlərinə görə, 3 günlük müayinənin ardından Azərbaycana yola salınan Natiq Hüseynova ömürlük check-up, eyni zamanda ödənişsiz müayinə və müalicə hədiyyə olunub.

Qeyd edək ki, "Healthis Asistance” xaricdən gələn xəstələrə Türkiyədə ən yüksək keyfiyyətdə xidmət göstərir. Şirkət JCI akreditasiyalı xəstəxanalarla əməkdaşlıq edərək, pasientlərin uyğun şərtlərlə güclü həkimlərdə müalicə və ya əməliyyat olunmasına şərait yaradır. Eyni zamanda şirkət bir çox hökümət qurumları və fondlarla işbirliyi qurub.

"Healthis Asistance” həmçinin maddi durumlarına görə müalicəsi həyata keçirilə bilməyən şəxslərə dəstək olub. Sonuncu dəfə ailə münaqişəsi zamanı üzü yanan azyaşlı qızın müalicəsini də məhz "Healthis Asistance” şirkəti öz üzərinə götürmüşdü.