Məşhur aktrisanın gecə halı pisləşib - Fotolar

Məşhur aktrisanın gecə halı pisləşib -  Fotolar
12606 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ceyda Düvenci gecə saatlarında əri tərəfindən təcili xəstəxanaya çatdırılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük özəl xəstəxanalardan birində görüntüləniblər. Aktrisanın həyat yoldaşı Bülent Şakrak bildirib ki, Ceydanın qəfildən mədəsindən güclü ağrı başlayıb.

4 saata yaxın təcili yardım bölümündə qalan Düvenciyə həkimlər müdaxilə ediblər. Qapıdan ərinin köməkliyi ilə çıxan və halsız görünən Düvenci "Önəmli bir şey yoxdur. Narahat olmayın... İndi özümü yaxşı hiss edirəm" sözlərini deyib.