Adeldən hər kəsi şok edən ayrılıq xəbəri

Adeldən hər kəsi şok edən ayrılıq xəbəri
11675 dəfə oxunub
  • A-
  • A
  • A+

Ayrılıq xəbəri bu dəfə müğənni Adel və Simon Konecki cütlüyündən gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük bir müddətdir ayrı evlərdə yaşayır. Bu haqda ifaçının köməkçiləri Benni Tarantini və Carl Fiş açıqlamasında bildirib.

Adel və Koneckinin oğullarını böyüdərkən bir-birinə dəstək olacaqları da deyilib.

Qeyd edək ki, özəl həyatını hər zaman gizli saxlayan Adel 2017-ci ildə "Grammy" mükafatlandırma gecəsində Konecki ilə evləndiklərini elan etmişdi. Cütlüyün oğlu 2012-ci ildə dünyaya gəlib.