Çiyələkli pudinq - Resept

Çiyələkli pudinq - Resept
1811 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti yay günlərində asan  və tez hazırlanan sərin şirniyyatlara ehtiyac duyulur. 
Axşam.az Türkiyə mətbuatına istinadən evdə hər kəsin bəyənəcəyi çiyələkli pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:

Ərzaqlar:
2 fincan süd
500 qr. çiyələk
2 dolu x.q un
1 x.q nişasta
1/2 fincan toz şəkər
1 paket vanil
1 yemək qaşığı kərə yağı

Hazırlanması:
Əvvəl çiyələkləri təmizləyib yuyun. Süd, un və nişastanı bişirin. Qaynadığında yağı əlavə edin və bir az daha bişirməyə davam edin. Kasalara tökün və arasına çiyələkləri qoyun. Daha sonra üzərini yenidən pudinq ilə örtün.