Dünya İrsi Siyahısına daxil edilən 7 nominasiya

Dünya İrsi Siyahısına daxil edilən 7 nominasiya
3777 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da Dünya İrs Siyahısına təklif edilən nümunələrin təqdimat və müzakirəsi ilə işini davam etdirir.

Axşam.az xəbər verir ki, sessiyanın sədri, Azərbaycanın Mədəniyyət naziri  Əbülfəs Qarayev plenar iclası açaraq tədbirin yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. Bildirilib ki, iyulun 5-də namizədlik fayllarının müzakirəsi zamanı 7 nominasiya Dünya İrsi Siyahısına daxil edilib.

İclasda ilk olaraq Bəhreynin Dilmun kurqanlarının nominasiyası ilə bağlı müzakirə başlayıb. Müzakirələrdən sonra Bəhreynin təqdim etdiyi nominasiya Dünya İrs Siyahısına daxil edilib.

Sədr Bəhreyn dövlətini təbrik edərək bildirib ki, bu nominasiyanın qəbulu ilə artıq Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatmış olub. Növbəti nominasiya Avstraliyanın Budj Bim mədəni regionu ilə bağlı olub.  Məlumat verilib ki, bu region Avstraliyanın cənub şərqində yerləşir. Burada 4 relyef növü mövcuddur.

Macarıstan, Çin, İspaniya, Norveç, Azərbaycan təmsilçiləri nominasiyanı dəstəklədiklərini diqqətə çatdırılıb. 660 min il yaşı olan landşaftla bağlı faylın təqdimatı yüksək qiymətləndirilib.

Müzakirələrdən sonra bu nominasiya da qəbul edilib. Avstraliyanın nümayəndəsi aborigen əhaliyə aid mədəni nominasiyanın qəbuluna görə təşəkkür edib.