Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək

Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək
3932 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin oktyabrından Bakıda “DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, bu il üçüncüsü baş tutacaq festivalda dünyanın ən yaxşı sənədli filmləri nümayiş etdiriləcək.

Hər il müxtəlif mövzulara müraciət edilən festivalda builki mövzu “Həqiqilik”dir. Buna səbəb isə qütbləşən dünya anlayışı və kəsişmə nöqtələrini tapmaqda çətinlik çəkən parçalanmış cəmiyyətlərdir.

Qeyd edək ki, filmlər tamaşaçılara həm ingilis və həm də azərbaycan altyazıları ilə təqdim olunacaq.

Onu da bildirək ki, film festivalı 2017-ci ildə rejissorlar İmam Həsənov və Veronika Yanatkova tərəfindən yaradılıb.