“YUĞ” qastroldadır

“YUĞ” qastroldadır
4081 dəfə oxunub
  • A-
  • A
  • A+

“YUĞ” Dövlət Teatrı Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrola yollanıb.

Teatrdan Axşam.az-a bildirilib ki, sənət ocağının yaradıcı heyəti qastrolda repertuarda xüsusi yer tutan “Sonuncu” tamaşası ilə çıxış edəcək.

Yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova çıxış edəcək.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.