Bu gün ərə gedən aparıcı toya cənazə maşınında gəldi - Fotolar

Bu gün ərə gedən aparıcı toya cənazə maşınında gəldi -  Fotolar
29365 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Ksenya Sobçak və rejissor Konstantin Boqomolov bu gün nikah masasına oturub.

Axşam.az xəbər verir ki, cütlük maraqlı nikah mərasimi təşkil edib. Onlar məkana qırmızı güllərlə bəzədilmiş cənazə maşını ilə gəliblər.

Avtomobilin üstündə isə "Ölüm bizi ayırana qədər" sözləri yazılıb. Maşından əl-ələ tutaraq düşən sevgililər ZAQS zalına daxil olublar.

Sobçak ağ, bəzi yerləri transparan olan uzunqol gəlinlik geyinib. Bəy isə qara kostyuma üstünlük verib.

Qeyd edək ki, aparıcı və rejissorun toyu şənliyi bu gün Moskvada keçiriləcək. Məclis cütlüyə 16 milyon rubla başa gəlib.